Hökumətin “dekoder” öhdəliyi - Analoqdan rəqəmsal yayıma analoqsuz keçid

  • By admin
  • 07 Noyabr 2016 14:54

dekoder-dvb-t-hbbtv

Analoqdan  rəqəmsal yayıma analoqsuz keçid.

Noyabrın 1-dən etibarən ölkdə analoq yayım ləğ olunub. Hökumətimiz bu qərar gəldi ki, ölkəmiz qonşulardan geri qalmamalıdır və rəqəmsal keçməyin vaxtıdır. İlk gündən yazdıq ki, bu hökumətin növbəti qazanc vasitəsidir. Onu da yazmışdıq ki, rəqəmsala keçid üçün lazım olan dekoderlərin qiyməti tezliklə qalxacaq.  Əvvəlcə dedilər ki,  dekoderlər poçtlardan  alınacaq və qiyməti 22 manatdır. Amma qısa vaxtdan sonra məlum oldu ki, poçtlarda dekoderlər qeybə çəkilib. İndi bu aparatları almaq üçün müxtəlif ticarət mərkəzlərinə yollanıb, 30-35 manat xərcləməlisən. Əslində, bütün bu planlar əvvəlcədən qurulub və poçtlardakı satış görüntü xarakteri daşıyıb. Məlum olur ki, ölkənin hər yerində dekoderlər müştəri gözləyirmiş.  Bəli, növbəti dəfə vətəndaşın cibinə girməyin,  qəpiyə güllə atan adamların son qəpiyini ələ keçirməyin yolunu tapıblar.

Dekoderlərin qiymətinin qəfildən qalxmasının və poçtlardan yoxa çıxmasının bəhanəsini tapblar. Sən demə poçtlar köməkçi funksiyasını yerinə yetirirmiş. Sən demə Azərbaycan 2006-cı ildə Beynəlxalq Telekommunukasiya İttifaqında müzakirələr aparıb və rəqəmsala keçmək üçün öhdəlik götürüb. Guya, hökumətimiz informasiya təhlükəsizliyini qorumaq üçün bu öhdəliyə əməl edir.

Yəqin ki, bu açıqlamadan sonra hamının dodağında gülüş yaranıb. Necə olur ki, beynəlxalq təşkilatlar qarşısında götürülmüş demokratiya öhdəliyi, şəffaf seçki öhdəliyi, insan haqları öhdəliyi yerinə yetirilmir, amma rəqəmsal keçid öhdəliyinə dərhal əməl edilir?

Bəlkə, korrupsiya, monopoliya, hüquqsuzluq da beynəlxalq öhdəlikdi?   Əgər qanunlara belə əməl edənsizsə, şəhid ailələrinə verilməli olan “qan pulu”nu niyə ödəmirsiz?  Əgər dövlətin imicini düşünürsüzsə, günahsızlığı sübut olunmuş adamları niyə həbsdə saxlayırsız?

Göründüyü kimi hökumət ancaq cibinə pul gətirəcək öhədilklərə əməl edir, xalqın cibinə pul gətirəcək öhədilkər isə arxivə göndərilib.

Yüz cürə fırıldaqdan sonra indi də dekoder fırıldağına əl atıblar. Bunların bütün fəaliyyəti “xalqdan necə pul qoparda bilərik” sualına cavab tapmağa yönəlib. Bir qəpiklik televiziya xidmətləri yoxdur, 35 manatlıq dekoder xidməti göstərirlər. (Azadlıq.info)

Gununsesi.info