Hollandiyanın qazı qutarır

  • By admin
  • 17 Sentyabr 2016 19:57

147411317123201500_1000x669

 

Avropa İttifaqının (Aİ) əsas təbii qaz hasilatçılarından biri olan Hollandiya ehtiyatlarının 80 faizini artıq istifadə edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Hollandiyanın Statistika İdarəsi (CBS) məlumat yayıb.

Qeyd edilib ki, ötən il Hollandiyanın təbii qaz hasilatı 38 faiz azalaraq 52 milyard kubmetrə enib. Bu, 1970-ci ildən bu vaxtadək ən aşağı göstəricidir.

 

Gununsesi.info