Honkonqda polislə etirazçılar arasında növbəti qarşıdurma olub

  • By admin
  • 28 Oktyabr 2019 10:23

Çinin Makao və Tayvanda saxlanılmış şəxslərin Pekinə təhvil verilməsi barədə qanun layihəsini geri çağırmasına baxmayaraq Honkonqda etirazlar davam edir.

Gununsesi.org “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Honkonq sakinlərindən ibarət qrup razılaşdırılmamış aksiyalar təşkil edərək müxtəlif tələblər irəli sürürlər.

Məlumata görə, yüzlərlə sakin Tay Po parkında toplaşaraq polis əməkdaşlarının nümayişçilərə qarşı güc tətbiq etmələrinə etirazlarını bildiriblər.

Etirazçılar “Cinayətkar polislər” şüarlarını səsləndiriblər. Buna cavab olaraq təhlükəsizlik qüvvələri aksiyaçılara qarşı gözyaşardıcı qaz tətbiq edib.

Qeyd edək ki, Honkonqda aksiyalar 2019-cu ilin iyunundan davam edir. Eyni zamanda Tayvanda qətl hadisəsi törətməkdə şübhəli bilinən Çen Tunçzya çirkli pulların yuyulmasına görə çəkdiyi 18 aylıq həbs cəzasından sonra azadlığa buraxılıb.

 

Gununsesi.org