Hörmüz boğazının idarə olunması sahilyanı dövlətlərə məxsusdur və keçid üçün ödəniş tələb olunmayacaq.
Gununsesi.info xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai belə açıqlama verib. Müəyyən xidmətlərin xərc tələb edə biləcəyini etiraf edən sözçü bildirib ki, bu, “tranzit haqqı” hesab edilməməlidir.
Sözçü həmçinin bildirib ki, Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması mümkün razılaşmanın bir hissəsi olacaq.









