Hospitalda dəhşətli olay - TERRORÇULAR HƏKİM PALTARI GEYİNİB 30 NƏFƏRİ ÖLDÜRÜBLƏR

  • By admin
  • 08 Mart 2017 20:07

hospital gulleleme

Əfqanıstanın paytaxtı Kabil şəhərinin ən böyük hospitalına hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Gununsesi.info azvision.az-a istinadən xəbər verir ki, həkim paltarı geyinmiş şəxslər hospitala daxil olaraq atəş açıblar.

Əfqan polisinin məlumatına görə, hospitalda iki partlayış baş verib. Cinayətkarlarla təhlükəsizlik qüvvələri arasında baş verən atışma 6 saata yaxın davam edib.

Hospitaldakı bütün xəstələr təxliyə edilib, yaxud təhlükəsiz yerlərə köçürülüblər.

Əfqanıstan Səhiyyə Nazirliyinin məlumatına görə, insident nəticəsində azı 30 nəfər ölüb, 66 nəfər yaralanıb.

Gununsesi.info