Hrant Dinkin qətli ilə bağlı cinayət işinin istintaqında yenilik - 8 NƏFƏR ÜÇÜN HƏBS TƏLƏBİ

  • By admin
  • 28 Mart 2017 20:18

hrant dink

İstanbul Cümhuriyyət Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər Bürosunun prokuroru Gökalp Kökçünün icraatında olan Hrant Dinkin qətli ilə bağlı cinayət işinin istintaqında çərçivəsində mühüm hadisə baş verib.

Gununsesi.info-nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, sözügedən istintaq çərçivəsində keçən həftə həbs edilən jurnalist Muammer Ay ilə birlikdə Samsun İl Jandarma Komandanlığı KOM şöbə müdiri olmuş Murat Bayrak, astsubay Yüksel Avan, Samsun İl Jandarma Komandanlığının kəşfiyyat şöbə müdiri olmuş Birol Ustaoğlu, Samsun Təhlükəsizlik Müdirliyi təhlükəsizlik şöbə müdiri olmuş Yaqub Kurtaran, Samsun Təhlükəsizlik Müdirliyi TEM (Terrorla Mübarizə-red.) şöbə növbətçi komandiri olmuş Ahmet Çetiner, Samsun İl Jandarma Komandanlığının sabiq asayiş müdiri Atilla Güçoğlu və Samsun Təhlükəsizlik Müdirliyi TEM şöbəsinin sabiq təhlükəsizlik komandiri Metin Balta keçirilmiş əməliyyat tədbirlərindən sonra Çağlayandakı İstanbul Məhkəməsinə gətirilib.

Beləliklə, prokurorluqda ifadə verən yuxarıda adıçəkilən 8 nəfər şübhəli şəxs ”silahlı terror təşkilatına üzv olma” və ”konstitusiya nizamını ortadan qaldırmağa təşəbbüs” ittihamlarından həbs tələbi ilə məhkəməyə təhvil verilib.

Gununsesi.info