

Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi Hülusi Akar Amerikaya getdi.
Gununsesi.info NTV-yə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi Hülusi Akar bu gün ABŞ-a yola düşüb.
Səfərdə məqsəd ABŞ-ın İŞİD-ə qarşı təşkil etdiyi beynəlxalq koalisiyaya üzv ölkələrin baş qərargah rəislərinin toplantısında iştirak etməkdir. ABŞ-ın rəhbərliyi ilə İŞİD-ə qarşı təşkil edilən beynəlxalq koalisiyaya 65 ölkə daxildir.
NTV-nin xəbərinə görə, səfər çərçivəsində H.Akarın ABŞ-da yüksəkçinli hərbçilərlə ikitərəli görüşləri də istisna deyil.
Gununsesi.info