
Türkiyənin ən gözəl qadınlarından biri olaraq göstərilən Hülya Avşar “Gözəl qadınlar da aldadılır” müzakirəsində iştirak edib.
Gununsesi.info primetime.az-a istinadən xəbər verir ki, məşhur müğənni verdiyi açıqlama ilə gündəmə gəlib.
Keçmiş həyat yoldaşı Qaya Çilingiroğlu tərəfindən Feraye Tanyolaçla aldadılan Hülya Avşar xəyanətin səbəblərini açıqlayarkən yeni mübahisənin təməlini qoyub:
“Qadın istəmədiyi zaman çətin aldadılır. Yəni hər şey qadınlarda bitir. Maraq, sevgi, o andakı həyat yoldaşınla paylaşımın və sair. Gözəl qadınlar da aldadıla bilir. Bilmirəm bunun səbəbi yanındakı adamın ona dərs vermək istəməsidir ya yox. Amma bu çox dərin bir məsələdir”.
Gununsesi.info











