İllərdir səhnədə olan müğənni Hülya Avşar əvvəllər serial və filmlərlə pul qazanırdısa, indi reklamlara çəkilir.
Gununsesi.info-nun Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, müğənni yataq şirkətlərindən birinin reklam çarxına çəkilib.
70 nəfərlik işçi ilə ərsəyə gələn reklamdan Hülya 1 milyon lirə qazanıb. O, yataqda yoqa hərəkətləri edib.
Qeyd edək ki, daha əvvəl tualet kağızı, ayaq kremi, uşaq bezi və kola reklamında oynayan Avşar 2015-ci ildə qızı Zehra ilə bir tikinti firmasının təqdimatı üçün kamera qarşısına keçib.
Qızıyla oynadığı və olduqca səs gətirən reklam filmindən 1 milyon 250 lirə alan sənətçi 250 min lirəni qızına verib.
Gununsesi.info