“Human design” və ya “İnsan dizaynı” nədir?

  • By admin
  • 13 Yanvar 2020 14:25

Gununsesi.org xəbər verir ki, “Human design” doğum tarixinizi, saatınızı, doğum yerinizi müəyyənləşdirib, astrologiya və genetikani özündə ehtiva edən mexanizmlə çalışan bir sistemdir. Bu sistem vasitəsilə  özəlliklərinizi öyrənərkən sadəcə müsbət cəhətlərinizi deyil, həm də mənfi cəhətlərinizi görməyiniz mümkündür.

Lakin  “insan dizaynı”, eyni zamanda, mənfi  və bizi məhdudlaşdıran tərəflərimizi necə aradan qaldıracağımızı açıqlayır, bənzərsiz bir dizaynımızın olduğunu və bu dünyada tamamlanmaq üçün bir missiyamızın olduğunu söyləyir. Siz bu araşdırmanın nəticələrinə uyğun yaşamağa başladıqda münasibətlərinizin və həyatınızın tamamilə öncəkindən  fərqli olduğunuzu görəcəksiniz.

Bəşəriyyətin milyonlarla variasiyası var və hər birimizin bu unikallığı ortaya qoyan bir strategiyası olmalıdır.”İnsan dizaynı” sistemində dörd əsas növ var: generator, manifest, improyektor və reflektor. Hər bir növün öz strategiyası var və insanlar bunu təyin edərək həyatlarını daha asanlaşdıra bilərlər.

GENERATOR

İnsanların 70 faizi generatorlardır; dünyada həyat enerjisini istehsal edirlər. Dizaynına görə yaşamayan hər bir generator sonunda xəyal qırıqlığı ilə üzləşir … Səbr etmək, gözləmək isə onlar üçün ən çətin, sıxıcı bir anlayışdır. Çünki dünyanı bəsləyəcək qədər enerji sahibləri olan generatorlar sıxıldıqları zaman dərhal bir şey etmək istəklərinə yox deyə bilmirlər. Onların uğurunun sirri yalnız- Səbrdədir.

MANİFEST

Bir çox manifestorlar öz təsir güclərindən xəbərdar deyillər. Lakin bunu dərk etmələri onların çox xeyirinə olacaqdır. Onlar hərkəsi öz qruplarına daxil eləyə bilməz, yalnız öz aurasına uyğun insanları yaxına buraxa bilirlər. Dünya əhalisinin 9% -i manifestlərdir .Onların həyatda uğur qazanmalarının yolu hərəkətə cəhd etməzdən öncə xəbərdarlıq etmələridir.

İMPROYEKTOR

Onlar həyata qarşı həmişə hazır vəziyyətdə olmalarına baxmayaraq,  daima özünə qarşı dəvət və diqqət  gözləyirlər. Onların hər zaman alqışlara ehtiyacı var, əks təqdirdə “rol”unu oynamaqdan imtina edir və geri çəkilirlər.

REFLEKTOR

Statistikaya görə reflektorlar dünya nüfuzunun 1%-dən aşağı  göstəricilərinə sahibdirlər. Təbiətlərində daimi bir şey yoxdur. Reflektorun həyatı ətrafdan asılıdır. Onların imkanları digər tiplərlə müqayisədə ən məhdud olmasına baxmayaraq, eyni zamanda, ən geniş imkanlara malikdirlər. Yeganə zəif nöqtələri isə açıq və həssas olmalarıdır.

Sistemin yaranma hekayəsi:

Sistemin qurucusu Robert Alan Krakower 1983-cü ildə, ailəsinə, nəşriyyat və mediya istehsalçısı olduğu iş yerinə, bir sözlə, heç kəsə xəbər vermədən Montrealdan (Kanada) ayrılır və İbiza adasına yerləşir. O, yeddi il hər kəsdən uzaq bir həyat sürərkən, bir gün yalnız yaşadığı evinə gəlir və evin içindən işıq saçdığını görüb içəri girdiyi zaman “Bunu öyrənib çalışmağa hazırsan?” sualını eşidir.Səkkiz gün ərzində ona “İnsan dizaynı” məlumatları yüklənir. “İnsan dizaynı” insan bədəninin doğuşdan 88 gün əvvəl neytrinlərdən gələn məlumatlarla formalaşdığını və bu  məlumatlar axınının həyat boyu davam etdiyini, bədənin ağıldan daha doğru yolu bildiyini iddia edir.

Sistemdən kimlər faydalana bilər?

7-dən 70-ə hər kəs bundan faydalana bilər.Bəli, hətta 70 yaşında bu işə başlayan insanlar var və həyatdan o qədər zərbələr almalarına rəğmən, bundan sonraki həyatlarını daha güclü yaşamağa başlayırlar. Əsasən uşaqları üçün bu  sistemdən yararlananların sayı isə hər gün daha da artır. Öz dizaynını öyrənən uşaqlar gələcəyə daha sağlam addımlarla irəliləyir və bacarıqlarından düzgün istifadəni öyrənirlər.Bu sistemi öyrənən valideynlər artıq övladlarının doğulduğu saniyəni belə qeydə almağa başlayırlar.

Gununsesi.org