“Human Rights Watch” Əli Əliyevin müdafiəsinə qalxdı

  • By admin
  • 27 Yanvar 2022 11:24

“Human Rights Whatch” beynəlxalq insan hüquqları təşkilatı VIP sədri Əli Əliyevin həbsi ilə bağlı açıqlama yayıb.

Gununsesi.info bildirir ki, təşkilatın Avropa və Orta Asiya bölümünün direktor müavini Rachel Denber deyib: “Əli Əliyevə böhtan ittihamına görə həbs qərarı verilməsi səhv qərardır.
Böhtana görə cinayət məsuliyyəti yalnışdır. Bu, insan hüquqları prinsiplərinin açıq-aydın pozulması, Azərbaycanın qoşulduğu və öhdəlik götürdüyü beynəlxalq müqavilələrə ziddir. İnsanlar böhtan ittihamına görə həbsə salınmamalıdırlar. Görünən odur ki, bu, həm də tələsik məhkəmə olmuşdur. Məhkəmə prosesinin necə tez və hansı qaydada keçirilməsi göstərir ki, məhkəmənin hökmü əvvəlcədən müəyyən edilmiş qərar olub.”

Gununsesi.info