Husilər Səudiyyəni vurdu: Raket və PUA-lar…

  • By admin
  • 28 Fevral 2021 14:34

Yəməndəki husi silahlı qruplaşmaları Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərindəki bir sıra vacib obyektlərə zərbələr endirib.

Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bu barədə husilərin nəzarətindəki “Əl-Maşirah” telekanalı məlumat yayıb.

Məlumata görə, husilər raket və PUA-ların köməyilə Ər-Riyad, eləcə də Əbha və Hamis-Muşayt şəhərlərini vurub. Əməliyyatlar şənbə günü axşamdan başlayıb və bazar günü səhərə qədər davam edib.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya məsələ ilə bağlı hələlik heç bir açıqlama verməyib.

Gununsesi.info