“Hyundai” markalı minik avtomobili kül oldu

  • Müəllif: admin
  • 02 May 2017 14:30

masin_yandi_foto

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, paytaxtın Səbail rayonunda vətəndaşa məxsus, yeraltı avtomobil dayanacağında park olunmuş “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Qeyd edək ki, avtomobilin qalan hissəsi və yaxınlıqda dayanmış digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın saat 12:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Anar

Gununsesi.info