
“İmperator“ ləqəbli türkiyəli məşhur müğənni İbrahim Tatlısəsin işlətdiyi ifadələr jurnalistləri kövrəltməklə yanaşı, qəlbləri də fəth etdi.
Gununsesi.info “haberlər”ə istinadən bildirir ki, o, media təmsilçilərinə sağlıq durumu ilə bağlı açıqlama verib.
Allaha şükür edən Tatlısəs ayaq üstə olduğunu, gəzdiyini qeyd edib: “Daha nə lazım? Allahdan ümid kəsilməz. Ondan gələn hər şey mənim gözüm üstdə. Məni mağaradan alıb, saraya oturtdu. Təyyarə, villa, yaxta və evlər, var-dövlət bəxş etdi. Onlar gözəldir, başıma gələnlər pis?! Allahdan gələnə boynum qıldan incədir”.
Sağlamlığının yaxşı olduğunu dilə gətirən Tatlısəs əlavə edib ki, inşallah 2019-cu ildə yeni albomunu hazırlayacaq: “Yuxuma elə girdi. Rəbbim mənə “yürü ey qulum” deyəcək”. Onun bu ifadələri hamının qəlbini kövrəltməklə yanaşı, qəlbləri də fəth etdi.
Gununsesi.info












