İcra başçısı prezidentə məlumat verdi - FOTOLAR

  • By admin
  • 21 İyul 2017 12:30
5971b598cc5e9_15006200842496660973_1000x669
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 21-də Pirallahı rayonunda “Nərəkənd” layihəsi çərçivəsində yaradılacaq “CMS Properties” MMC-nin balıqyetişdirmə kompleksində qapalı və açıq tipli fermaların təməlqoyma mərasimində iştirak edib.
Gununsesi.info xəbər verir ki, dövlətimizin başçısına müəssisə barədə məlumat verildi. Bildirildi ki, qapalı tipli fermada ildə 75 ton rus nərəsinin və 25 ton çökə ətinin, habelə 4 ton kürünün istehsalı nəzərdə tutulub. Həmin fermada dənizdən təchiz olunan su süzgəcdən keçirilərək duruldulacaq, duzluluğu müvafiq səviyyəyə çatdırılacaq və qapalı sistemdə təkrar dövriyyə olunacaq.
Prezident İlham Əliyev balıqyetişdirmə fermalarının təməlini qoydu.
5971b598d759d_15006200846279218019_1000x669 5971b598d0ab9_15006200845243353964_1000x669 5971b598cf121_1500620084109242508_1000x669
Gununsesi.info