İcra başçısı vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər üçün iyul ayı üzrə növbəti qəbul keçirilib.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinləri qurumun inzibati binasında qəbul edib.

Gununsesi.info xəbər verir ki, tədbirdə həmçinin Yasamal RİH-in məsul şəxsləri, MKTB və rayon bələdiyyəsinin rəhbərliyi də iştirak edib.

Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan üzləşdikləri problemlər bərədə məlumat verməyi xahiş etdi. İlk öncə söz alan Yasamal rayon sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırığına görə dərin minnətdarlığını ifadə etdilər.

Daha sonra növbə ilə söz alan Yasamal rayonunun sakinləri sökülən yaşayış evlərinə görə kompensasiya məbləği, yaşayış binaları ətrafında qanunsuz çəpərlərin aradan qaldırılması, ticarət obyektlərinin hüquqi statusu, mənzil növbəsi, sosial tədbirlərə dəstək və bir sıra sosial xarakterli məsələlər qaldırdılar.

İcra başçısı Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına bir sıra göstərişlər verdi. İcra başçısı sakinləri maraqlandıran suallara ətraflı cavablar və izahatlar verdi. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.

 

 

Gununsesi.info