İcra başçısı xanım jurnalistə sillə vurdu - VİDEO

  • By admin
  • 13 Aprel 2017 12:13
2017-04-13-11-46-44ibo
Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev jurnalistə sillə vurub.
Gununsesi.info xəbər verir ki, hadisə icra başçısının “Sovetski”də tarixi “Hacı Cavad” məscidinin sökülməsi ilə bağlı keçirilən etiraz aksiyaları zamanı əraziyə gəlişi zamanı olub.
Belə ki, Fərqanə Novruzova adlı jurnalist hadisə yerinə gələn İ. Mehdiyevdən açıqlama almaq istəyib.
Lakin başçı ona kobud şəkildə “açıqlama vermirəm” deyərək, getməyə başlayıb. Xanım jurnalist açıqlama almaq üçün İ.Mehdiyevin arxasında gedib. Bu zaman başçı ona sillə vurub.
Həmin kadrları təqdim edirik:

Gununsesi.info