İcra başçısının müavini yeni vəzifəyə təyin edildi

  • Müəllif: admin
  • 01 Avqust 2017 19:55

arzu

 

Sabunçu rayonu İcra Hakimiyyətinin başçısının müavini vəzifəsindən azad olunmuş Məmmədova Arzu Fikrət qızı yüksək vəzifəyə təyin edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Strategiya.az məlumat yayıb.

Arzu Məmmədova Gənclər və İdman naziri Azad Rəhimovun köməkçisi təyin edilib.

Xatırladaq ki, filologiya üzrə fəlsəfə doktoru olan Arzu Məmmədova uzun müddət təhsil sahəsində çalışıb. Son 5 il müddətində isə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının humanitar məsələlər üzrə müavini vəzifəsini daşıyırdı.

Gununsesi.info