İcra hakimiyyəti üçün işlənmiş maşın axtarırıq -KƏLBƏCƏRİN İCRA BAŞÇISI

  • By admin
  • 01 İyul 2019 11:48

“Mediada guya, 250 min manatlıq maşın almağımız barədə yazılanlar cəfəngiyyatdır. İcra hakimiyyəti başçısının müavininin avtomobili 2 ildir ki, yoxdur. Bunun üçün dövlət büdcəsindən 55 manat vəsait ayrılıb”.

Bu sözləri Gununsesi.org-a açıqlamasında Kəlbəcər rayon icra hakimiyyətinin başçısı Aqil Məmmədov 250 min manata avtomobil almaq istəyi ilə bağlı yazılanlara cavabında deyib.

Qeyd edək ki, dövlət qəzetlərində adıçəkilən rayonun icra aparatı üçün “Mercedes Benz 350” alınması üçün tender elan edib. Bəzi media orqanları isə işğal altında olan rayonun rəhbərinin bahalı avtomobil istəyini tənqid edib.

Aqil Məmmədov bildirib ki, onlar ikinci əl avtomobil axtarır.

Gununsesi.org