İcra hakimiyyətinin binasında şəhid məmura anım stendi qoyuldu -FOTOLAR

  • By admin
  • 07 İyun 2021 17:03

Xidməti vəzifəsini yerinə yetirərkən Kəlbəcər rayonun Susuzluq kəndində tank əleyhinə minanın partlaması səbəbi ilə şəhid olan Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini, şəhid Arif Əliyevin əziz xatirəsinə Kəlbəcər Rayon İcra Hakimiyyətinin inzibati binasında anım stendini qoyulub.

Gununsesi.info xəbər verir ki, stendi  şəhid Arif Əliyevin həmkarları və eləcədə onlarla şəxs ziyarət edib, şəkili qarşısına tər qərənfillər düzərək ruhuna dualar oxuyublar.
Bir daha Kəlbəcər Rayon İcra Hakimiyyətinin kollektivi uca Allahdan şəhidlərimizə rəhmət, kədərli ailələrinə səbr diləyir.

Gununsesi.info