İctimaiyyət “üsyançı müstəntiq”in müdafiəsinə qalxdı - RÜFƏT SƏFƏROVUN HÜQUQLARINI MÜDAFİƏ KOMİTƏSİ YARADILDI

  • By admin
  • 06 Oktyabr 2016 11:03

Rufet-sefer

9 illik azadlıqdan məhrumetmə cəzasına məhkum olunan sabiq müstəntiq Rüfət Səfərovun Hüquqlarını Müdafiə Komitəsi yaradılıb. Bu barədə  Gununsesi.info-ya sabiq müstəntiqin atası Eldar Sabiroğlu bildirib. Onun sözlərinə görə, bu təşəbbüs bir qrup ictimai xadim və hüquqşünaslardan gəlib: “Azərbaycan Ziyalılar Hərəkatının sədri Eldəniz Quliyevin rəhbərlik edəcəyi komitəyə Azərbaycanın görkəmli hüquqşünasları, insan hüquqları təşkilatlarının rəhbərləri, ziyalılar daxildir”.

Saytımıza açıqlamasında isə isə komitəsinin sədri Eldəniz Quliyev qarşıdakı fəaliyyətləri barədə danışıb. Rüfət Səfərovun siyasi məhbus olduğunu deyən komitə sədri istintaq və məhkəmədəki qanunsuzluqları beynəlxalq qurumların gündəliyinə çıxaracaqlarını deyib: “Təəsüf ki, Azərbaycanda siyasi məhbus siyahısına daha bir ad daxil oldu”.

Onun sözlərinə görə, yaxın günlərdə komitənin mətbuat nümayəndələrinin iştirakıyıa toplantısı da olacaq.

 

Anar