İdmançılarımız beynəlxalq turnirdə iki gümüş medal qazandılar - FOTO

  • By admin
  • 12 Dekabr 2016 17:01

medal

Kiprin Nikosiya şəhərində tələbələr arasında dünya çempionatını keçirilib.

Gənclər və İdman Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, Azərbaycanı bu yarışda Həşimov Heydər (62 kq) və Əskərov Kamran (68kq) təmsil ediblər.

Dünya çempionatında iştirak edən idmançılarımız uğurlu nəticə əldə ediblər. Belə ki, hər 2 idmançımız yalnız finalda məğlub olaraq dünya çempionatının gümüş medalların sahibi olublar. Yarışda ölkəmizi hakim qismində Cabir İsmayılov təmsil edib.

Qeyd edək ki, yığmamız baş məşqçi Yaqub Abdullayevin rəhbərliyi ilə iştirak edib.

Anar
Gununsesi.info