İdmançılarımız oyunlara qələbə ilə başladı…

  • By admin
  • 24 İyun 2019 12:24

2-ci Avropa Oyunlarında cüdoçularımızın bugünkü mübarizəsi başlayıb.

Gununsesi.org xəbər verir ki, ilk olaraq tatamiyə 100 kq-da Elmar Qasımov çıxıb.

O, 1/16 finalda  ukraynalı Anton Savitki ilə üz-üzə gəlib.

Qasımov bu görüşdə vazari xalı ilə qalib gəlib.

90 kq-da Məmmədəli Mehdiyev  1/16 finalda  yerli idmançı Yahor Varapayevlə qarşılaşıb.  O, cərimə xalları ilə qalib gəlib.

Gununsesi.org