İdmançımız Avropa birinciliyində 2 qızıl 1 gümüş medal qazandı

  • Müəllif: Orxan
  • 24 İyul 2025 15:03

İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən U15 və yeniyetmələrin Avropa birinciliyi davam edir. 

Gununsesi.info xəbər verir ki, ikinci yarış günü atletlərimizdən Musab Məmmədtağıyev U 15 kateqoriyasında mübarizəyə qoşulub. 56 kq çəki dərəcəsində yarışan təmsilçimiz birdən qaldırma hərəkətində 93 kq nəticə göstərərək qızıl medala sahib olub.

Musab təkanla qaldırma hərəkətində də uğurla çıxış edib. O bu dəfə 109 kq çəkini başı üzərinə qaldıraraq gümüş medala layiq görülüb. Beləliklə iki hərəkətin cəmində 202 kq nəticəyə imza atan atletimiz Avropa birinciliyinin qalibi adını qazanıb.