İdmançının avtomobilindən 50 kq narkotik maddə tapıldı

  • By admin
  • 27 İyul 2019 10:53

Hollandiyalı atlet Madiya Qafur alman polisi tərəfindən avtomobilinin axtarışı zamanı saxlanılıb.

Aif.ru xəbər verir ki, idmançının avtomobilində narkotik maddə aşkar edilib.

 Hüquq-mühafizə orqanı əməkdaşları onu sənədlərini yoxlamaq üçün saxlayıblar. Axtarış zamanı isə avtomobilindən 50 kiloqram metamfetamin və ekstazi həbləri tapılıb.

Qadağan edilmiş maddələrin ümumi dəyəri iki milyon avrodur. Hazırda 26 yaşlı M.Qafur nəzarət altındadır.

Qeyd edək ki, Madiya Niderland yığmasının tərkibində 2016-cı ildə Olimpiya Oyunlarında iştirak edib. O, 400 metrlik məsafəyə qaçış yarışında çıxış edib.

Gununsesi.org