II Avropa Oyunlarına Belarus sahib çıxdı

  • Müəllif: admin
  • 21 Oktyabr 2016 12:00

belarus

2019-cu ildə keçiriləcək II Avropa Oyunlarının məkanı müəyyənləşib.

Gununsesi.info Belarus mətbuatına istinadən xəbər verir ki, bu barədə Avropa Olimpiya Komitələrinin Belarusun paytaxtı Minskdəki 45-ci Baş Assambleyasında qərar verilib.

50 ölkənin Milli Olimpiya Komitəsinin təmsil olunduğu iclasda Minskin növbəti Oyunlara ev sahibliyi etməsinə dair qərar verilib.

Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ilin 12 – 28 iyununda Bakıda təşkil olunub.

Gununsesi.info