İki avtomobil toqquşdu: 5 NƏFƏR XƏSARƏT ALDI

  • Müəllif: admin
  • 15 İyun 2017 10:18
Iki-mashin1
Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Gununsesi.info  apa-ya istinadən xəbər  verir ki, hadisə Xudat-Yalama yolunun 4-cü km-də, Susayqışlaq kəndi ərazisində baş verib.
İki avtomobilin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Qusar rayon sakinləri – 1991-ci il Tariyel Cərullayev, 1991-ci il təvəllüdlü Elşən Hacıverdiyev, 1991-ci il təvəllüdlü Seymur Səfərəliyev, 1991-ci il təvəllüdlü Surxay Tağıyev və 1983-cü il təvəllüdlü Xaçmaz rayon sakini Azər Mirzəyevdir. Xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, sonuncudan başqa digərlərinin vəziyyəti ağırdır.
Fakt araşdırılır.

Gununsesi.info