İki avtomobil toqquşdu: xəsarət alanlar var

  • Müəllif: admin
  • 26 Yanvar 2017 11:32

yollllllllllllllllllllllllllllllllll

Qazax rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info-nun verdiyi məlumata görə, “Mercedes” və “VAZ2107” markalı avtomobillərin toqquşması nəticəsində VAZ-da olan iki nəfər –  rayonun Xanlıqlar kənd sakinləri, 1989-cu il təvəllüdlü Tural Hüseynov və 1988-ci il təvəllüdlü Amil Hüseynov müxtəlif bədən xəsarətləri alıb. Onlar Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.

Gununsesi.info