İki avtomobil toqquşdu, yaralananlar var

  • By admin
  • 21 Oktyabr 2016 08:16

yollllllllllllllllllllllllllllllllll

Göygöldə iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, Göygöl -Toğana avtomobil yolunun Göygöl şəhəri ərazisindən keçən hissəsində qeydə alınan qəzada iki avtomobil toqquşub.

Qəza zamanı sürücülərdən biri 1996-cı il təvəllüdlü Məmməd Mahiyyədin oğlu Məmmədov və digər avtomobilin sərnişini, 1956-cı il təvəllüdlü Ayaz Müzəffər oğlu Aşurov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

Gununsesi.info