İki deputat komitə üzvlüyündən xaric edildi

  • By admin
  • 15 Fevral 2019 17:56

Milli Məclisin deputatları Adil Əliyev və Rauf Əliyev parlamentin Gənclər və idman komitəsinin üzvlüyündən çıxarılır.

Gununsesi.org xəbər verir ki, bununla bağlı məsələyə parlamentin fevralın 19-da keçiriləcək plenar iclasında baxılacaq. Komitə üzvlüyünə 3 deputatın – Rəşad Mahmudovun, Elşən Musayevin və Cavid Osmanovun namizədliyi irəli sürülüb.