
Yevlax şəhər sakinindən 2,286 kq marixuana götürülüb.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Müşfiq Məmmədovdan 2 kiloqram 286 qram marixuana götürülüb.
Anar
Gununsesi.info









