İki nəfərə xəsarət yetirməkdə şübhəli bilinən şəxs tutulub

  • By admin
  • 20 Sentyabr 2017 13:06

qandal-qolda

Müşfiqabad qəsəbə sakinlərinə xəsarət yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, sentyabrın 18-nə keçən gecə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisindən qəsəbə sakinləri Rəvan İsgəndərov və Emil Əhmədov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətiriliblər.

Hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Orxan Cəfərov Qaradağ rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Anar

Gununsesi.info