
İki naməlum şəxs diplomatı soyub. Hadisə Parisdə baş verib.
Gununsesi.info “novosti-qruziya”ya istinadən xəbər verir ki, Gürcüstanın Fransadakı səfiri Yekaterina Siradze-Delonu Paris yaxınlığında iki naməlum şəxs soyub.
Başına gələn hadisəni “facebook” səhifəsində təsdiq edən gürcü diplomat bildirib ki, hadisə avqustun 11-də Paris yaxınlığındakı Sen-Deni şəhərində baş verib.
Belə ki, diplomat maşınla gedərkən iki nəfər naməlum motosikletlə onun maşınına yaxınlaşaraq şüşəni sındırararaq salondakı diplomatı götürüb. Xoşbəxtlikdən hadisə zamanı gürcü diplomat xəsarət almayıb.
Gürcü diplomatı soyan oğrular qısa zaman sonra həbs ediliblər.
Gununsesi.info












