İki ölkədən rəsmi açıqlama: - Təyyarəni Rusiya vurub!

  • By admin
  • 25 May 2018 14:19

Hollandiya və Avstraliya 2014-cü ildə Ukraynanın hava sahəsində Malaziyanın “Boinq 777” təyyarəsinin vurulmasına görə Rusiyanın məsuliyyət daşığını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Röyter” yazıb.

Qeyd edək ki, Malaziyanın “Boinq 777” sərnişin təyyarəsi 2014-cü ildə Donbasda vurulub. Hadisə nəticəsində 298 nəfər həlak olub. Vahid İstintaq Qrupu Malaziyanın “Boinq 777” təyyarəsini Rusiyanın “Buk” sisteminin vurması faktını təsdiq edib.

Ukrayna parlamentinin spikeri Andrey Parubiy Rusiyanın buna görə cəzalandırılacağını deyib.