İki piyadanı maşın vurub

  • By admin
  • 29 Dekabr 2017 22:02

Mingəçevir şəhərində iki piyadanı avtomobil vurub. 

Gununsesi.info xəbər verir ki, hadisə şəhərin “Energetik” yaşayış massivində, Naxçıvan küçəsində qeydə alınıb.

Belə ki, ilkin ehtimala görə, “VAZ-21099” markalı avtomobil dayanacaq istiqamətindən yolu keçmək istəyən Mingəçevir şəhər sakinləri – 1953-cü il təvəllüdlü Məhəmməd Nuru oğlu Alıyev və 1955-ci il təvəllüdlü Akif Əkbər oğlu Şirinovu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info