İki polis əməkdaşı xidmətdə olarkən döyüldü

  • By admin
  • 01 Sentyabr 2016 15:17

68f8a1887b5e9788d5eb2a2c6762dcfb

Şabranda iki polis əməkdaşı xidmətdə olarkən döyülüb.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, hadisə Şabran şəhərində qeydə alınıb. Şabran Rayon Polis Şöbəsinin Post Patrul Xidməti bölüyünün əməkdaşları Elçin Sadıqov və Savalan Məhərrəmov şəhər ərazisində xidmətdə olarkən sərxoş vəziyyətdə olan Siyəzən rayon sakini Musa Hüseynov tərəfindən döyülüblər. M. Hüseynov hər iki polis əməkdaşına xəsarət yetirib.

M. Hüseynov saxlanılıb. Faktla bağlı Şabran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Gununsesi.info