İki polis girovluqdan azad edilib

  • Müəllif: admin
  • 23 İyul 2016 13:02

polis

 

İrəvanda Post-Patrul xidmətinin alay binasını ələ keçirən silahlı dəstə iki girovu azad edib. Gununsesi.info erməni mediasına istinadən xəbər verir ki, silahlı dəstə onları həra hansı şərt irəli sürmədən azad edib və onlar PPX binasının həyətindən sərbəst çıxıblar. Hazırda Ermənistan polisinin rəis müavini, general-mayor Vardan Yeqiazaryan və İrəvan şəhər polis rəsinin müavini polkovnik Valeriy Osipyan goriv olaraq silahlı dəstə tərəfindən saxlanılır. Hazırda ələ keçirilən binanın ətrafı mühasirəyə alınıəb və girovluqda olan iki şəxsin azad olunması üçün məliyyat keçiriləcək. Silahı dəstə iyulun 17-də binaya hücum edərək binanı ələ keçirib. Onlar radikal müxalifət “Yeni Ermənstan” İctimai Cəbhəsinin lideri Jirayr Sefilyanın azad olunmaını tələb edirlər.

 

Gununsesi.info