İki qadını vurub qaçan sürücü tutuldu

  • Müəllif: admin
  • 02 Dekabr 2017 12:55

Noyabrın 30-da Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən Göygöl rayon sakinləri Təranə Haqverdiyeva və  Sevinc Alıyeva vurulub və nəticədə hər iki piyada hadisə yerində ölüblər. 

Daxili İşlər Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi və Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “QAZ-3102”  markalı avtomobillə törədilməsi müəyyən edilib və hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin avtomobilin sürücüsü – Əliyaqublu kənd sakini Elnur Əsədov tutulub.

Gununsesi.info