İki təyyarənin toqquşmasının qarşısını alan pilot 450 min dollar aldı

  • By admin
  • 04 Noyabr 2016 23:26

ecfb5c0ae1851e1883fcc94b3f4fea99

 

Çində “China Eastern” aviaşirkətinin pilotu üç milyon yuan (450 min dollar) mükafatlandırılıb.

Gununsesi.info xarici KİV-lərə istinadən xəbər verir ki, buna səbəb pilotun ustalığı nəticəsində iki sərnişin təyyarəsinin eniş zolağında toqquşmasının qarşısı alınıb.

Məlumata görə, hadisə oktyabrın 11-də Şanxayda baş verib. Bir təyyarə havaya qalxmaq istəyən zaman digər bir təyyarə həmin zolağa eniş edib. Pilot toqquşmaya bir neçə saniyə qalmış təyyarəni havaya qaldıra bilib. Aparılan istintaqdan sonra məlum olub ki, bütün bunlar dispetçerin səhvinə görə baş verib.

 

 

Gununsesi.info