İki yaşlı uşağın əməliyyat zamanı ölməsi ilə bağlı cinayət işi başlandı

  • By admin
  • 28 Oktyabr 2016 14:32

baki-seher-prokurorlugu

Oktyabrın 26-da Biləsuvar rayon sakini, 2014-cü il təvəllüdlü Məhəmmədəli Həsənovun “Oksigen” klinikasında cərrahiyyə əməliyyatı zamanı vəfat etməsi barədə Nərimanov Rayon Prokurorluğuna daxil olmuş məlumat araşdırılıb.

Bakı Şəhər Prokurorluğundan Gununsesi.info-ya verilən məlumata görə, toplanmış materialda ehtiyatsızlıqdan adam öldürmə cinayətinin əlamətləri mövcud olduğundan fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ölümün səbəblərinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Gununsesi.info