İkinci Dünya müharibəsinə aid yarım tonluq alman seyfi aşkarlandı - UKRAYNADA - FOTO

  • By admin
  • 22 Avqust 2017 22:40

seyf

Ukraynanın Vinnitsa şəhərində İkinci Dünya müharibəsinə aid olan təxminən 500 kiloqramlıq ağırlığında alman seyfi aşkarlanıb.

Gununsesi.info xəbər verir ki, yeraltı qazıntılar zamanı seyflə yanaşı, almanların gümüş pulları da tapılıb. Yerli arxeoloqların dediyinə görə, Vinnitsa şəhərində ilk dəfədir alman seyfi aşkarlanıb. Mütəxəssislər hələ ki, seyfi açmağa müvəffəq olmayıblar. Onun açılması üçün xüsusi dəzgahlar gətiriləcək.

Seyfdə İkinci Dünya müharibəsi zamanı almanlara məxsus sənədlər və pul kisələrinin olduğu güman edilir.

Gununsesi.info