İkinci nəsil “Nokia 6” smartfonu rəsmən təqdim edilib

  • By admin
  • 08 Yanvar 2018 16:48

“HMD Global” şirkəti Çində “Nokia 6” smartfonunun ikinci nəslini təqdim edib. Orta səviyyəli yeni model dəbdə olan çərçivəsiz displeylə təchiz edilməyib, amma smartfonun əsas xüsusiyyətləri məlumdur. Smartfonda barmaq izləri skaneri arxa panelə keçirilib, ekranın alt hissəsindəki düymələr ləğv edilib.

Gununsesi.info “ICTnews”a istinadən xəbər verir ki, metal korpusa salınmış smartfon “Full HD” (1920×1080 piksel) təsvir ölçülü 5,5 düymlük ekran, “Corning Gorilla Glass 3” qoruma şüşəsi, 16 meqapiksellik əsas, 8 meqapiksellik ön kamerası, əvvəlki nəsil modellə müqayisədə daha güclü prosessor, 4 QB əməli yaddaş, 32/64 QB daxili fləş yaddaşla təchiz edilib. 3000 milliamper/saat tutumlu akkumulyator sürətli enerjidoldurma texnologiyasına malikdir.

Smartfon “Android 7.1.1 Nougat” mobil əməliyyat sistemi ilə idarə olunur.

İki SİM kart, “4G VoLTE”, “Wi-Fi” (802.11 a/b/g/n), “Bluetooth 5”, FM radiosu dəstəklənir, USB Type-C portu və qulaqlıqlar üçün 3,5 mm-lik konnektoru mövcuddur. Aparatın çəkisi 172 qram təşkil edir.

Gununsesi.info