Kamboçiyada son 1 ildə 65 nəfər ildırım vurması səbəbilə dünyasını dəyişib.
Gununsesi.info xəbər verir ki, bu barədə Milli Təbii Fəlakətlər Agentliyinin sözçüsü Keo Vi məlumat verib. Təbii fəlakət zamanı yaralananların sayı isə 46-dır.
Bu ilin ilk 5 ayında ildırımdan ölənlərin sayı ötən ilin qurbanlarından daha çoxdur.
Oktyabr ayında daha çox yağmurlu günlərin olması səbəbilə ölü sayının payız aylarında kəskin artacağını gözlənilir.