İlham Əliyev Banqladeşli həmkarına təbrik məktubu yolladı

  • By admin
  • 26 Mart 2018 18:19

Prezident İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidenti Əbdül Həmidə təbrik məktubu göndərib.

Gununsesi.info-nun məlumatına görə, təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident, Banqladeş Xalq Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Banqladeş xalqına sülh və tərəqqi diləyirəm”.

Gununsesi.info