“Azərbaycana gəldikdə, – üstəgəl neftin qiyməti demək olar ki, iki dəfədən çox düşüb, – koronavirus xəstəliyi bir çox iqtisadi və xidmət sahələrinə mənfi təsir göstərir, ancaq buna baxmayaraq, o sahələrdə çalışan insanların problemləri nəzərə alınıb. Mənim göstərişimlə yaradılmış dörd işçi qrupu öz işini demək olar ki, böyük dərəcədə yekunlaşdırıb. Mənə məruzə edilib və göstəriş əsasında Nazirlər Kabineti artıq Tədbirlər Planını təsdiq edib”.
Gununsesi.orgun xəbərinə görə, bunu dövlət başçısı İlham Əliyev Azərbaycan xalqına müraciətində bildirib.
Onun sözlərinə görə, ilkin mərhələdə bu məqsədlər üçün təqribən 1 milyard manat vəsait ayrılması nəzərdə tutulurdu: “Ancaq sonra əlavə hesablamalar bunun kifayət etməyəcəyini göstərdi və ən azı 2,5 milyard manat ayrılacaq ki, Azərbaycanda həm iqtisadi sabitlik təmin edilsin, məşğulluqla bağlı problemlər öz həllini tapsın və həm də bizim makroiqtisadi və maliyyə vəziyyətimiz sabit olsun.