İlham Əliyev ABŞ səfirliyində - FOTO

  • By admin
  • 05 Dekabr 2018 15:45

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinə gələrək Corc Herbert Uoker Buşun vəfatı ilə əlaqədar başsağlığı verib.

Gununsesi.org” xəbər verir ki, ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili Vilyam Gill dövlət başçısı İlham Əliyevi qarşılayıb.

Prezident dövlət xadimi Corc Herbert Uoker Buşun vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.

İlham Əliyev mərhum prezident Corc Buşun Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin yaradılmasında və inkişafında rolunu xüsusi vurğulayıb. Prezident Corc Buşun ulu öndər Heydər Əliyevlə yaxın münasibətlərini, vaxtilə onun Heydər Əliyevi öz evində qəbul etməsini xatırlayıb, bunun çox vacib və unudulmaz bir görüş olduğunu deyib.

Müvəqqəti işlər vəkili Vilyam Gill Prezident İlham Əliyevin səfirliyə gəlməsindən böyük şərəf duyduğunu bildirib. O qeyd edib ki, Corc Buş Azərbaycanın müstəqilliyini tanıyan və ölkəmizlə diplomatik münasibətlər quran prezident kimi ölkələrimiz arasında güclü münasibətlərin təməlini qoyub.