İlham Əliyev ata Buşa başsağlığı məktubu göndərib

  • By admin
  • 19 Aprel 2018 15:08

Prezident İlham Əliyev ABŞ-ın 41-ci prezidenti Corc Herbert Uoker Buşa başsağlığı məktubu göndərib.

Gununsesi.info-nun məlumatına görə, məktubda deyilir: “Zati-aliləri!

Həyat yoldaşınız, xanım Barbara Buşun vəfatı xəbəri məni son dərəcə kədərləndirdi.

Bu ağır anlarda dərdinizi bölüşür, əvəzsiz itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm”.

Gununsesi.info