İlham Əliyev Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə nazirini qəbul edib

  • By admin
  • 14 Dekabr 2017 11:18

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 14-də Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Fairhedin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Gununsesi.info xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.