İlham Əliyev fevralda Qətərə səfər edcək

  • By admin
  • 31 Yanvar 2017 17:35
unnamed (24) 
Prezidenti İlham Əliyevin bu ilin fevral ayında Qətərə nəzərdə tutulan səfərinin iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafına təkan verəcək.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən  Gununsesi.info-ya verilən xəbərə  görə, bu fikir bu gün nazirlikdə Azərbaycan-Qətərə Hökumərlərarası Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın birinci iclasında səsləndirilib.
İclasdan öncə, Hökumətlərəarası Birgə komissiyanın həmsədrləri Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərovla Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Taninin təkbətək görüşü olub.
Sonra nazirlər Kəmaləddin Heydərov və Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Taninin həmsədrliyi ilə Azərbaycan Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın birinci iclası keçirilib.
İclasda Azərbaycanla Qətər arasında əlaqələrin yüksək templərlə inkişaf etdiyi vurğulanıb, dövlət başçılarının qarşılıqlı səfərləri və bu səfərlər zamanı imzalanan sənədlər, əldə olunan razılaşmalar sayəsində əlaqələrin son illər dinamik şəkildə genişləndiyi xüsusi qeyd edilib, Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taninin 2016-cı ildə ölkəmizə səfərinin uğurla keçdiyi bildirilib, Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin fevral ayında Qətərə nəzərdə tutulan səfərinin iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafına təkan verəcəyinə əminlik ifadə edilib.
 Qeyd olunub ki, dövlət başçılarının təşəbbüsü ilə yaradılmış Azərbaycan Hökuməti ilə Qətər Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın fəaliyyəti hər iki dövlət arasında münasibətlərin daha da dərinləşməsinə istiqamətlənib. Bu mənada, Azərbaycanın ixrac yönümlü məhsullarının Körfəz bazarına çıxarılmasının, eyni zamanda Körfəz ölkələri ilə sərmayə əməkdaşlığının təşviq edilməsinin hazırda əsas prioritet istiqamətlərdən olduğu və bu xüsusda dövlət və özəl şirkətlərin səylərinin artırılmasının mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Həmçinin, qarşılıqlıq prinsipi əsasında Azərbaycan vətəndaşlarına Qətərə daxil olduqda viza verilməsi təklifinə müsbət cavabın verilməsi yüksək qiymətləndirilib.
 
İclasda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb və müzakirələrin yekununa dair protokol Komissiyanın həmsədrləri Kəmaləddin Heydərov və Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani tərəfindən imzalanıb.
unnamed (23) kemi
Mürtəza
Gununsesi.info