İlham Əliyev Finlandiya prezidentinə təbrik məktubu ünvanlayıb

  • By admin
  • 05 Dekabr 2018 22:01

Prezident  İlham Əliyev Finlandiya prezidenti Sauli Niinistöyə təbrik məktubu ünvanlayıb.

“Gununsesi.org” xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident, Finlandiya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm”